АЗЕРБАЙДЖАНСКОЕ ОТДЕЛЕНИЕ

Первые базовые курсы прошли в Баку еще в 1997 году. Несмотря на то, что даже в советские времена занятия йогой хоть и не поощрялись, но и не запрещались (в отличие от многого другого), это величайшее изобретение Востока было очень мало известно и распространения почти не имело.
За прошедшие со времен первого курса 13 лет в Баку состоялось множество курсов и мероприятий по линии "Искусства жизни". Базовый курс прошли уже тысячи людей, сотни прошли Продолженный курс и другие программы. Конечно, не все люди после прохождения курса продолжают регулярные занятия. Но те, кто это делают, явственно ощущают в себе положительные перемены - улучшение здоровья, повышение психологической устойчивости, внутреннее спокойствие и уверенность в себе.
Базовые курсы прошли также в Сумгаите и Гяндже. Занятия в Баку и других городах проводятся как на русском, так и на азербайджанском языках.
Для прошедших базовый курс проводятся еженедельные сатсанги (кто хочет - приходит), периодически проходят также занятия по
Шри Шри Йоге. Если в 1997 году занятия проводили учителя из СНГ, то сейчас у нас есть свои обученные в международных центрах инструкторы курсов базовых, молодежных и Шри Шри Йоги. А
другие курсы (Продолженный, ДСН и т.д.) проводят приглашенные учителя из Германии, Индии, России.
Наряду с официальными курсами и регулярными занятиями, проводятся и просто различные увлекательные и интересные мероприятия - загородные поездки на природу, веселые вечеринки, творческие встречи.
Мы также проводили (и будем проводить) мероприятия
социальной направленности. Ведь мы все живем в одном общем мире и от всех нас зависит, насколько комфортным будет этот мир. В основном эти мероприятия носили экологический характер (очистка городских парков и пляжей от мусора), но мы намерены расширять сферу своей деятельности на благо всех жителей Азербайджана. Если у вас есть идеи и желание -
присоединяйтесь!
AZƏRBAYCAN BÖLMƏSİ

Ilk təməl kursları hələ 1997-ci ildə Bakıda keçirilmişdir. Baxmayaraq ki, Sovet hakimiyyəti dövründə yoqa ilə məşğul olmaq eyni zamanda nə sövq, nə də qadağan edilirdi (bir çox başqa təlimlərdən fərqli olaraq), Şərqin bu böyük ixtirası çox az sayda insana məlum idi və demək olar ki, heç genişləndirilmirdi.
İlk kursun keçirilməsindən ötən 13 il ərzində Bakı şəhərində "Yaşam Sənəti" xətti üzrə çoxsaylı kurslar və tədbirlər keçirilmişdir. Təməl kursunu artıq minlərlə insan keçmiş, yüzlərlə insan kursun II-ci hissəsini və digər proqramları keçmişdir. Əlbəttə ki, heç də hamı kursları keçdikdən sonra intizamlı surətdə məşğələləri davam etdirmir. Lakin texnikalarla müntəzəm məşğul olanlar aydın şəkildə müsbət göstəricilər əldə edirlər – onların səhhətləri yaxşılaşır, psixoloji möhkəmlik artır, daxili sakitlik bərpa edilir və özünə inam hissi yüksəlir.
Təməl kursları, həmçinin, Sumqayıt, Gəncə şəhərlərində də keçirilmişdir. Bakı və digər şəhərlərdə təlimlər həm rus, həm də Azərbaycan dillərində keçirilir.
Təməl kursunu keçənlər üçün hər həftə satsanqlar (yalnız istəyənlər qoşulmaqla) və vaxtaşırı
Şri Şri Yoqa məşğələləri də keçirilir. Əgər 1997-ci ildə məşğələləri keçirmək üçün MDB-dən müəllimlər dəvət edilirdisə, hal-hazırda bizim beynəlxalq mərkəzdə təhsil almış təməl və Şri Şri Yoqa üzrə təlimatçılarımız vardır.
Digər kursları (DSN, II hissə və s.) aparmaq üçün isə Almaniya, Hindistan, Rusiyadan müəllimlər dəvət edilir.
Bizim mərkəzimizdə rəsmi kurslar və məşğələlərlə yanaşı, həm də, maraqlı əyləncəli tədbirlər də keçirilir: təbiət qoynunda şəhərkənarı gəzintilər, şən yığıncaqlar, yaradıcılıq görüşləri.
Biz, eləcə də,
sosial yönümlü tədbirlər həyata keçirmişik və keçirməkdə davam edəcəyik. Axı biz hamımız ümumi dünyada yaşayırıq və bu dünyanın nə dərəcədə hamımız üçün münasib olacağı yalnız bizdən asılıdır. Bu tədbirlər əsasən ekoloji xarakter daşıyıb (şəhər parklarının və çimərliklərinin tullantılardan təmizlənməsi), lakin biz bütün Azərbaycan əhalisinin rifahı üçün fəaliyyət sahəmizi genişləndirməyi planlaşdırırıq. Əgər sizin də bu cür təklifiniz və istəyiniz varsa, onda
bizə qoşulun!